Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən ONN media -ya verilən məlumata görə, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
490 abonenti Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Şamaxı rayonunun Osmanbəyli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Bu gün “Göygöl rayonunun Şəhriyar və Kərəmli kəndlərinə də təbii qaz verilib.
Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 342 abonenti olan Şəhriyar kəndi və100 abonenti Kərəmli kəndində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Göygöl rayonunun Çaykənd kəndinin qaz təsərrüfatının yenidən qurulması ilə yanaşı Qızılca,Yeni Qızılca,Sərkar kəndlərində və Bəhrambağ qəsəbəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.



Daha iki kəndə qaz verildi
Daha iki yaşayış məntəqəsinə təbii qaz verildi
Daha bir kəndə təbii qaz verildi
Daha bir kəndə ilk dəfə təbii qaz verildi
Bu kəndlərə təbii qaz verildi
Daha bir yaşayış məntəqəsinə qaz verildi
Daha iki kəndə təbii qaz verildi
Bu kəndə ilk dəfə təbii qaz verildi
Goranboyun daha iki kəndinə qaz verilib
Daha bir kənddə təbii qaz verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 