Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. 2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib. İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliyişlər hesab edilib:
“OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur.”
İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.



Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
Bu gün “OPEC plus” ölkələri yenidən toplaşır
“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
Nazirlik avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub
Azərbaycan “OPEC plus” üzrə hasilatın artırılmasına razılıq verdi
İyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlandı
Azərbaycanın energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək
Azərbaycandan neft hasilatı ilə bağlı – QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 