Azərbaycan Dəmir Yolları QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib.
ONN media xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Gürcüstanda H1N1 virusunun olması səbəbindən Azərbaycandan bu ölkəyə gedən sərnişinlərin azalması müşahidə olunmur:
"Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Dəmir Yolları QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarif işi aparırlar. Eyni zamanda, hər reysqabağı vaqonlarda dezinfeksiya işləri həyata keçirilir".
H1N1 virusunun yayılması ilə əlaqədar, Gürcüstana getmək üçün bilet alan sərnişinlərin öz biletlərini geri qaytarması barədə yayılan məlumatlara gəldikdə, S.Qədirova belə bir fakt qeydə alınmadığını bildirib.
Xatırladaq ki, Azərbaycanla sərhəd ölkə olan Gürcüstanda H1N1 virusunun yayılması, bu virusa yoluxanlar arasında ölüm halları faktı qeydə alınıb.



Azərbaycanda qatarlar dezinfeksiya olunur- SƏBƏB İSƏ...
Azərbaycanda “donuz qripi”nə qarşı xüsusi tədbirlər görülür
Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı tapşırıq verdi
Gürcüstanda "donuz qripi"ndən iki nəfər öldü
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar da dezinfeksiya olunur - SƏBƏB?
Qonşu ölkədə “donuz qripi”ndən 6 nəfər öldü
Ölkədə yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA
Ölkədə donuz qripi HƏYƏCANI
İki azərbaycanlı "donuz qripi"nə yoluxub
Gürcüstanda yeni virus təhlükəsi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 