Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastrukturunun da qurulması işlərinə başlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya verilən məlumata görə, görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq. Ümumilikdə bu sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək. Qeyd edək ki, əlilliyi olan şəxslər (pensiya hüququ olmayan), sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, ailə başçısını itirənlər (pensiya hüququ olmayan), müharibə veteranları, müharibə əlillərinin, şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. aylıq sosial müavinət alırlar. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər, uşağın doğulmasına görə ailələr və s. birdəfəlik müavinətlə təmin olunurlar.
Sosial müavinətlə bağlı YENİLİK - 540 min nəfər...



Pensiyalarla bağlı daha bir YENİLİK
Pensiyalarla bağlı daha bir yenilik
1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Əlillik pensiyaları ilə bağlı YENİLİK
Uşağın doğulmasına görə birdəfəlik müavinətlə bağlı yenilik
Neçə nəfərə şəxsə e-qaydada pensiya təyin edildi?
30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Müavinətlərlə bağlı mühüm qərar
Nazirdən pensiyalarla bağlı şad xəbər – “Bu il 200 min…”
Nazirlikdən növbəti pensiya AÇIQLAMASI
Pensiyalarla bağlı YENİ XƏBƏR
23 min insana — ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 