ONN media xəbər verir ki, təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb.
İctimai Birlikdən verilən məlumata görə, şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkraristifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” superstorda, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.
IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.
İanə qutularına toplanan əşyalar mütamadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və “Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Bununla yanaşı, IDEA tərəfindən yaxın zamanlarda işlənmiş batareyaların toplanması üçün xüsusi qutuların da kütləvi şəkildə müəssisələrə paylanması planlaşdırılır.
Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.



Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı TAPŞIRIQ VERDİ
Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi
Leyla Əliyevadan növbəti xeyirxah addım
Çimərliyə getmək istəyənlər- Bu yazını mütləq oxuyun
Leyla Əliyeva daha bir həyətin açılışında... - FOTO
Bakıda abadlaşdırılan növbəti həyət istifadəyə verildi
Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəldi
Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Leyla Əliyeva abadlaşdırılan daha bir həyətin açılışında
Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 