ONN İnformasiya Agentliyi

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək
10-01-2019, 12:55

ONN media xəbər verir ki, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru professor Ercan Yılmazla görüşüblər. Qurumun yarımkeçirici cihazların istehsalı istiqamətində elmi-tədqiqat işləri və istehsal imkanları ilə tanış olublar. Görüşdə Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.

Səfər çərçivəsində Azərbaycanlı alimlərin təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər, onların tətbiq sahələri haqqında F.Əhmədov tərəfindən təşkil edilən seminar böyük maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png