Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb. Mərkəzi Elmi Kitabxanada baş tutan görüşdə, həmçinin Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Akademiyanın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov da iştirak ediblər.
AMEA -dan ONN media -ya verilən məlumata görə, tədbirdə akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilib.
Akademik həyata keçirilən islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.
Görüşdə, həmçinin Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi işçisi Günay İsgəndərli və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi Səmra Mirzəyeva çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildirib, tədqiqatlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.
Sonra elmi fəaliyyətdə fərqləndiklərinə görə, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, İTİ-nin elmi işçisi Günay İsgəndərli, Radiasiya Problemləri İnstitutunun doktorantı Hacı Vahid Axundzadə, Neft-Kimya Problemləri İnstitutunun böyük elmi işçisi Səbinə Heydərova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük laborantı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva, Coğrafiya İnstitutunun kiçik elmi işçisi Turanə Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzinin kiçik elmi işçisi Nərminə İsmayılova, MBBİ-nin kiçik elmi işçiləri – Elnarə Sadıqova, Səidə Zülfüqarova və Zoologiya İnstitutunun kiçik elmi işçisi Nərmin Beydizadə AMEA-nın Fəxri Fərmanları ilə təltif olunublar.




Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib
AMEA-da iki vacib təyinat
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirildi
Kanadanın Vaterlo Universitetinin dekanı ilə görüş keçirilib
AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Dadaş Hüseynova yüksək vəzifə verildi
AMEA-da YENİ TƏYİNATLAR
Şamaxı Rəsədxanasına baş direktor seçildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 