Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-da aparılan yoxlamalarla bağlı birgə məlumat yayıb.
ONN media xəbər verir ki, birgə məlumatda qeyd edilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində SOCAR-da Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi xarakter daşıyan məlumatlar yayılmaqdadır.
Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır: "Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.
KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər”.
Qeyd edək ki, ötən gün virtualaz.org saytı Vergilər Nazirliyinin Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da apardığı yoxlamalardan sonra şirkətin vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayıb. Saytın yazdığına görə, Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Bu səbəbdən o, şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən uzaqlaşdırılıb. Bildirilib ki, oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.
Artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi qələmə vermişdi.



SOCAR adını dəyişdirdi
SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq?
SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
SOCAR İsraildə neftayırma zavodu almaq istəyir?
SOCAR-da mühüm yeni TƏYİNAT
SOCAR-ın ofisinə hücum edən 13 nəfər saxlanıldı
SOCAR ötən il Gürcüstana 52.1 milyon dollar investisiya yatırıb
SOCAR-da yüksək vəzifəyə növbəti TƏYİNAT
İlham Aslanov SOCAR-dakı vəzifəsindən ayrıldı
"SOCAR"la "Total" arasında əməkdaşlıq müzakirə olundu
SOCAR-ın idarə rəisi vəzifəsindən azad olundu
SON DƏQİQƏ: SOCAR işçilərini təxliyyəyə başladı - Axşama qədər...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 