Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azercell Telekom" MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib. ONN media xəbər verir ki, Azercell-in Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib. Səfər zamanı Azercell tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azercell hər evə gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket. Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azercell tərəfindən zəruri işlər görülüb. Qeyd edək ki, 2018-ci il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca Azercell 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Beləki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər 42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb. Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib.
"Azercell" Cocuq Mərcanlıda yaşayan abunəçilərini sevindirdi



“Azercell”lə limitsiz “WhatsApp” yazışmaları
Azercell Eksklüziv tezliklə Şuşada!
“Azercell” Ağdərə və Xocalıda fəaliyyətə başladı
Bu yay “Samsung” smartfonu və hədiyyələr “Azercell”dən!
"Azercell"dən Novruz hədiyyələri davam edir!
"Azercell"dən abunəçilərini SEVİNDİRƏN KAMPANİYA
"Azercell"dən Novruza özəl kampaniya!
Azərcell indi Xaçmazda
"Azercell": Şübhəli zəng və mesajları cavablandırmayın!
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
"Azercell"dən Vətənin igid övladlarına hörmətlə!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 