Şəhidlər xiyabanında 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı hazırlıqlar başa çatıb. Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb.
ONN media xəbər verir ki, sabah ümümxalq hüzn gündür. 20 yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb və ziyarətçiləri qəbul etməyə tam hazırdır. Hər il olduğu kimi bu ildə faciə rəmzi olan qərənfillərdən Şəhidlər xiyabanına girişdə xalça kompozisiyası hazırlanıb.
Bu boynu bükük qırmızı qərənfillər düz 29 ildir ki, hər il Şəhidlər xiyabanını bəzəyir. Xiyabanın girişindən başlayaraq şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz güşəli ulduzlar vurulub.
Əraziyə güllərdən xalça döşənib. Pilləkənlərdə ağ və qırmızı qərənfillərlə "20 Yanvar" sözü yazılıb. Anım gününə 1 gün qalsa da, uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir.
İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər.
Şəhidlərin uyuduğu bu məkanı ziyarət edənlər arasında qanlı faciənin şahidləri də var .
Ziyarətə gələnlər arasında şəhid ailələri də var. Onlar faciənin üzərindən 29 il ötməsinə baxmayaraq, 20 yanvar gününü eyni ağrıyla xatırlayırlar.
Sabah səhər saat 8-dən başlayaraq 20 Yanvar faciəsinin 29-ci ildönümü münasibətilə xiyaban ziyarətçiləri qəbul edəcək.(xezerxeber.az)



Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıldı
İlham Əliyev Şəhidlər Xiyabanında
Minlərlə insan bayram gecəsini şəhidlər xiyabanında keçirdi
Qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir?
Şəhidlər Xiyabanı 20 Yanvara hazırlaşır
Şəhidlər xiyabanından FOTOREPORTAJ
"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
Daha 7 şəhid dəfn olunacaq
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi
MN-nin şəxsi heyyəti Şəhidlər Xiyabanında olub
Şəhidlər Xiyabanında fiziki məhdudiyyətli insanlar üçün şərait yaratmaq yaddan çıxıb
Lənkəranda şəhidlərin xatirəsi anılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 