Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisindən (DYP) açıq narazılıq ifadə edənlərin sırasına qoşulub.
ONN media xəbər verir ki, E.Əliyev "Facebook”da paylaşdığı statusunda DYP-ni "sürücülük vəsiqəsi satmaqda və sürücüləri pusmaqda” ittiham edib.
E.Əliyev yazır: "Yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonu ərazisində, Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb. Allah Rəhmət eləsin.
Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz? Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa! DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsini əyri yolla veribsiniz.
Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var.
P.S. Ukraynanın əyalətlərində belə piyada keçid zolaqları içəridən işıqlandırılır. Bizdə sürücülər bu zolağı keçəndən, yaxud piyadanı vurandan sonra bunu bilirlər”. (Bizimyolinfo.az)



Heydər Əliyev prospektində ağır qəza - QADIN ÖLDÜ
Bakıda QORXUNC GECƏ: 3 nəfər öldü
Azərbaycanda FACİƏ: 4 nəfər maşının altında qalıb öldü
Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü
Heydər Əliyev prospektində ağır qəza – ÖLƏN VAR
Bakıda FACİƏVİ OLAY: Ölənlər var
Buzovnada faciəvi hadisə - Qadın öldü
Bakıda "Toyota" piyadanı vurub öldürdü
Yasamalda ağır yol qəzası - Qadın öldü
Bakıda AĞIR QƏZA: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 