ONN media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Komissiya üzvü qeyd edib ki, daxil olan müarciətlərlə bağlı aidiyyatı üzrə arayışlar hazırlanır:
“Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki, iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.
Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb. Ona görə bu ilin də istisna olmayacağı gözlənilir.
Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib:
“Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq əfv sərəncamı imzalayır. Söhbət kiminsə “siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır.
Cənab Prezident bir neçə gün əvvəl hüquq müdafiəçiləri - Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və mənim bloger Mehman Hüseynovla bağlı müraciətimə müsbət cavab verərək, bir daha deyilənləri təsdiqlədi. Ona görə də əminliklə deyə bilərik ki, Prezident bu kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır”.
Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.



Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?
Bu il əfv sərəncamı imzalanacaq?- Rəsmi
Yeni ildə əfv olacaq?- AÇIQLAMA
Novruz bayramında ƏFV OLACAQ - Komissiya iclaslara başlayır
Yeni İl ərəfəsində əfv olacaq?
Növbəti əfv sərəncamı nə vaxt olacaq?- AÇIQLAMA
Əfv sərəncamı nə vaxt imzalanacaq?
Əfv Komissiyasının növbəti iclası keçirilib
Azərbaycanda genişmiqyaslı amnistiya olacaq?
28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA
Əfv sərəncamı NƏ VAXT VERİLƏCƏK?
Əfv müəmması - hüquq müdafiəçilərinin müraciəti nəticə verəcəkmi...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 