Bu gündən sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək.
ONN media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.
Belə ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər. ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.



Bu prosedur SADƏLƏŞDİRİLƏCƏK
Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Kommunal xərclərlə bağlı yenilik
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
Sosial yardımın şərtləri sadələşdirildi
Sosial yardım alanların sayı artdı- RƏSMİ
Ünvanlı sosial yardım alan ailələrin sayı nə qədər artıb?
Ünvanlı dövlət sosial yardımları ÖDƏNİLDİ
Ünvanlı sosial yardım alanlara - Şad xəbər
Bu şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 