Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
Müdafiə naziri ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.



Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
Zakir Həsənov Kəlbəcər və Laçına getdi
Zakir Həsənov cəbhə bölgəsində — FOTO
Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi
Zakir Həsənov Ermənistanla sərhəddə - VİDEO
Zakir Həsənov cəbhənin ön xətt bölmələrində olub
Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdə olublar
Zakir Həsənov Ermənistanla sərhəddə gedib
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başladı - Foto
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Zakir Həsənov ön xətt bölmələrində olub
Zakir Həsənov ön xətt bölmələrində olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 