Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
ONN media xəbər verir ki, o, ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.
Q.Təhməzli bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: "Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır".
AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: "Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur".



AQTA şadlıq sarayında ciddi nöqsanlar aşkarladı
AQTA saxta yağlarla bağlı məlumat yaydı
AQTA-dan saxta yağlarla bağlı XƏBƏRDARLIQ
Toyuqla bağlı İNANILMAZ FAKT
Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib
“Milord” şadlıq sarayının rəhbəri cərimələndi
Dövlət qurumu uşaq bağçalarında yoxlamalara başladı
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Göyçayda şadlıq sarayının sahibi cərimələndi
“Üç gözəl”də karantin qaydaları pozuldu
AQTA sahibkarlara xəbərdarlıq etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 