Polisin xidməti vəzifəsini yerinə yetirən zaman görüntülənməsində heç bir qanun pozuntusu yoxdur.
ONN media bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Hüseyn Abdullayev deyib.
Onun sözlərinə görə, bunun qadağan edilməsinə heç bir əsas yoxdur:
“Hüquqşünaslar bunu daha yaxşı təsdiq edər. Mən özüm də videoqeydiyyat cihazından istifadə edirəm. Sizə bu məsələnin əsas səbəbini izah edim. Vətəndaşlar tərəfindən çəkilən videolarda, bəzi Dövlət Yol Polisi əməkdaşlarının sürücüləri qanunsuz saxladığı aşkara çıxırdı.
Sürücülərin əsassız saxlanıldığı, aldadıldığı bu məqamlar da təbii olaraq sosial şəbəkələrə düşən zaman ciddi rezonans yaradıb. Bu səbəbdən də onlar çalışırlar ki, maksimal dərəcədə bu hərəkətlərin qarşısı alınsın. Qanunla sürücünün polis əməkdaşını çəkməsi qadağan deyil. Bu vətəndaşın haqqıdır. Onu da qeyd edim ki, polis əməkdaşının üzərində də kamera və səs yazan cihazların olmasına icazə var”.
H.Abdullayev onu da əlavə edib ki, bəzən videoqeydiyyat cihazı polis əməkdaşların qanunsuz “saxla” əmrinin qarşısını ala bilir:
“Özüm şahidi olmuşam ki, Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb. Avtomobilə yaxınlaşan zaman videoqeydiyyat cihazını görüb və sürücüyə yola davam etməsini deyib. Yəni bir bəhanə irəli sürərək geri qayıdıb. Polis sürücünü qanunla qeyd olunan normaları pozduğuna görə saxlayıbsa, nədən qorxmalıdır ki? Əksinə polis özü də bunun tərəfdarı olmalıdır ki, sabah məsələdə heç bir qaranlıq məqam qalmasın”.



Avtomobilə vinil çəkdirmək qadağandır? - Açıqlama
DYP bu sürücülərə xəbərdarlıq etdi
Bunu etməyə icazə verildi - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Azərbaycanda qohum evliliyi qadağan edilir?
İt gəzdirmək QADAĞAN EDİLDİ
Gəncədə yol polisi reyd keçirdi
Sürücülərin NƏZƏRİNƏ! Bu tarixdən cərimələnə bilərsiz
Sabahdan bu da qadağan olunacaq- Rəsmi
Yol polisindən bəzi sürücülərə SƏRT XƏBƏRDARLIQ
Vilayət Eyvazov rüşvət alan polisi İŞDƏN ÇIXARDI
Quba sakininin həyətdə ayı saxladığı aşkar edildi
Azərbaycanda sürücü polisi vurub qaçdı - ANBAAN VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 