ONN İnformasiya Agentliyi

Nazir əraziyə baxış keçirdi: 6 ev dağılıb – RƏSMİ AÇIQLAMA

Nazir əraziyə baxış keçirdi: 6 ev dağılıb – RƏSMİ AÇIQLAMA
6-02-2019, 09:50


Zəlzələ ilə əlaqədar 6 evin bir hissəsi uçub. 
 
ONN media bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin evlər qəzalı vəziyyətdə olub. 
 
Bir hissəsi uçan evlərə əraziyə gedən fövqəladə hallar naziri Kəmaləddin Heydərov baxış keçirib: “Bir hissəsi uçan evlərin 2-i Şamaxıda, qalanları dağ kəndlərindədir. Zəlzələ ilə əlaqədar uçan, ziyan dəyən evlərlə əlaqədar araşdırma aparılır. Tək Şamaxı şəhəri deyil, bütün rayonun kəndləri üzrə məlumatlar təhlil olunacaq. Daha sonra kompensasiya məsələsinə baxıla bilər”.
 
İcra hakimiyyətindən o da bildirilib ki,  Şamaxıda səhər hiss edilən növbəti yeraltı təkan olub. Bakupost
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png