Şamaxı şəhərində baş verən zəlzələ nəticəsində rayon ərazisində dağıntıların qeydə alındığı evlərin sayı artıb. ONN media bildirir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib. Onun sözlərinə görə, hazırda həmin ərazilərdə araşdırmalar davam edir: "İcra başçısı və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri hələ də ərazilərdədir. İlkin məlumata görə, Şamaxının kəndlərində 25, rayon mərkəzində isə 17 evdə dağıntılar baş verdiyi deyilsə də, uçulan evlərin sayının daha çox olması ehtimal edilir. Çünki hələ də İcra Hakimiyyətinə gəlib evlərində dağıntıların olduğunu deyənlər var. Həmin şəxslərin mənzilləri qeydiyyata alınır və baxış keçirilir. Hələlik zəlzələdən zərər çəkən evlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur". Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
İcra Hakimiyyəti: "Şamaxıda zəlzələdən dağılan evlərin sayı..."



İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb
Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
5 məktəbdə çatlar əmələ gəlib- Nazirlikdən açıqlama
Bu şəxslər üçün 44 mənzilli bina inşa edilir
Ağsuda 24 ev söküldü
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
Zəlzələ anı belə qeydə alındı- VİDEO
Nazir əraziyə baxış keçirdi: 6 ev dağılıb – RƏSMİ AÇIQLAMA
Ölkə başçısı baş vermiş zəlzələ ilə əlaqədar tapşırıq verdi
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
İcra başçısına müavinlər təyin olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 