Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
ONNmedia "Report"-a istinadən xəbər verir ki, bir neçə gündür davam edən yağıntılar səbəbindən rayonun 48 məhəllə adlanan ərazisində böyük torpaq axını qeydə alınıb.
Bu gün səhər saatlarında baş verən torpaq sürüşməsi bir evin sanitar qovşağının, həyətdəki tikililərin və 7 metrlik hasarın uçmasına səbəb olub.
Ümumiyyətlə, son bir həftə ərzində sözügedən ərazidə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Ətrafda yerləşən 5 ev qəzalı vəziyyətə düşüb və artıq bir evin sakini köçüb. İki evin hasarı və kiçik tikililərdə çatlar yaranıb. Dağıntı qeydə alınan evlərin sakinləri gecəni qohumlarının evində keçirmək məcburiyyətində qalıblar. Sürüşməyə səbəb olan qrunt suları isə evlərin zirzəmilərinə dolub.
Artıq sürüşmənin vurduğu ziyanla bağlı lazımi qurumlara məlumat verilib. Şamaxı Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, RİH-in Memarlıq və tikinti şöbəsinin mütəxəssisləri əraziyə baxış keçrib: "Qəzalı vəziyyətə düşən evlər aktlaşdırılıb. Sənədlər bir neçə gündən sonra müvafiq nazirliklərə göndəriləcək".



Azərbaycanda torpaq sürüşməsi olub
Torpaq sürüşməsi Şamaxı yolunu dağıtdı
Qubada torpaq sürüşməsi: 10 ailə köçürüldü
Lerikdə yenidən torpaq sürüşməsi olub: Kəndlərdə evlər təhlükə ilə üzləşib
Hindistanda torpaq sürüşməsi: 2 ölü, 12 yaralı
Azərbaycanda təbii fəlakət- TƏHLÜKƏ VAR
Azərbaycanda torpaq sürüşməsi baş verdi
Braziliyada torpaq sürüşməsi olub- ÖLƏNLƏR VAR
Torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Torpaq altında qalanlar var
Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 