Bu il fevralın 5-də Ağsuda baş verən zəlzələ nəticəsində rayon ərazisində 2123 ev və obyektə ziyan dəyməsi barədə Rayon Fövqəladə Hallar Komissiyasına müraciət daxil olub. ONN media xəbər verir ki, bu barədə Komissiyadan məlumat verilib. Məlumata görə, daxil olan müraciətlər əsasında 1963 evə baxış keçirilib: "Onlardan 790-ı şəhər, 1173-ü isə kəndlərdədir. Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 220-si qəzalıdır. Qəzalı evlərin 69-u şəhər ərazisində, 151-i isə kəndlərdədir. Artıq 24 ev tam sökülüb, 10 evin inşası davam etdirilir. Bundan əlavə, daha bir qəzalı ev Heydər Əliyev Fondunun vəsaiti hesabına yenidən inşa olunmaqdadır. Komissiyanın qərarına əsasən, baxış keçirilən evlərdən 355-inin bərpası mümkün vəziyyətdə, 1344 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 44 evin vəziyyəti qənaətbəxs hesab edilib". Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.
Ağsuda 24 ev söküldü



Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb
Nazir əraziyə baxış keçirdi: 6 ev dağılıb – RƏSMİ AÇIQLAMA
İlham Əliyev Ağsuda - FOTO
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
Şamaxıda torpaq sürüşməsi baş verib, evlərə ziyan dəyib
İcra Hakimiyyəti: "Şamaxıda zəlzələdən dağılan evlərin sayı..."
Bu şəxslər üçün 44 mənzilli bina inşa edilir
Erməni təxribatında dağılan 65 evin tikintisi yekunlaşdı
İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO
Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 