ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin QİYMƏTİ

Azərbaycan neftinin QİYMƏTİ
6-02-2019, 23:40

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 63,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır. ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,77 dollar/barel təşkil edib ki,  bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,7 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png