Fevralın 8-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyi üzrə milli inteqrə edilmiş sahə simulyasiya çalışması" aparılıb. AQTİ -dan ONN media -ya verilən məlumata görə, məqsəd xəstəliyin erkən aşkarlanması və müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsinə əminlik, quşlarda yüksək patogenli quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, personalın bu sahədə bilik və bacarıqlarının artırılmasıdır. Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədri Sadiq Məmmədov, sədr müavini Tamilla Əliyeva Respublika Böhran Mərkəzinin nümayəndələri olaraq çalışmanı müşahidə ediblər. Simulyasiya çalışması zamanı ehtimal olunan ocaqdan xəstəlik törədicisinin ətrafa yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər görülüb. Heyət işə başlamazdan qabaq təlimatlandırılıb, fərdi mühafizə vasitələri ilə təmin edilib, lazımi alət və vasitələr götürülərək təyinatı üzrə zonalara daxil olunub. Şərti olaraq qeyri-sağlam təsərrüfatın girişində dezbariyerlər və yoxlama postları yaradılıb. Yoxlama postlarına daxil olan və çıxan nəqliyyat vasitələri dezinfeksiya edilib, əraziyə girən və çıxan şəxslər haqqında məlumatlar (ad, soyad, telefon, gedəcəyi ünvan və s.) soruşularaq xüsusi cədvəldə qeyd olunub. Yerli Böhran Mərkəzinin nümayəndələri xəstəlik törədicisinin mümkün yoluxma yollarını aydınlaşdırmaq məqsədilə diqqətlə epizotoloji təhlil aparıb, ehtimal olunan ocağın sərhədlərini, qeyri-sağlam məntəqəni və təhlükəli zonanı müəyyən ediblər. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilib və əlaqəli təsərrüfatlarda yüksək patogenli quş qripinin mövcudluğunu müəyyən etmək məqsədilə lazımi araşdırmalar aparılıb. Yüksək patogenli quş qripi xəstəliyinin müəssisədə mövcudluğunun müəyyən edilməsi işlərindən dərhal sonra, həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilib. Yaradılmış Mobil Əməliyyat Dəstəsinin 2-3 nəfərdən ibarət qrupu yoluxma zonasında işləyib, toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirib. Qrup yoluxma zonasına daxil olub patoloji material (ölmüş quş, yaxma və s.) götürüb. Nümunə götürüldükdən sonra ölmüş quşlar məhv edilib. Yaradılmış digər qruplar isə yoluxma zonasında da müşahidə və yoxlama aparıb, mövcud olan, xəstəliyə yoluxmuş və məhv olmuş quşlar, habelə yoluxma riskinə məruz qalan insanlar haqqında məlumat toplayıblar. Qrup üzvləri quş sahibləri ilə söhbətlər aparıb və bütün zəruri məlumatları əldə ediblər. Xəstəliyin diaqnostikası Mobil Əməliyyat Dəstəsinin laboratoriyasına aparılıb. Laboratoriyada PZR üsulu ilə analiz üçün şərait yaradılıb. Simulyasiya şərti yoluxma ərazisində aparıldığı üçün zonalar müxtəlif rəngli lentlərlə, obyektlərin adları isə posterlərlə işarələnib. Analizlərin sonunda Yerli Böhran Mərkəzi və Respublika Böhran Mərkəzi məlumatlandırılıb.
AQTİ -da quş qripi xəstəliyi üzrə simulyasiya çalışması keçirildi



Quş qripi xəstəliyi ilə bağlı xəbər var
Ölkədə quş qripi aşkar edilib?
Quş qripi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Quş qripi” ilə bağlı monitorinq başlandı
Azərbaycanda “Quş qripi” ilə bağlı monitorinq başlayıb
“Quş qripi” ilə bağlı AÇIQLAMA
Azərbaycanda "quş qripi" varmı? - Monitorinqlər başladı
Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub
AQTİ vakansiya elan etdi - İşsizlərin nəzərinə!
Diri toyuqların gətirilməsinə qadağa qoyuldu
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı 