Azərbaycanda 2 il ərzində qida məhsullarının təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət araşdırılacaq. ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2019-2020-ci illərdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsini təmin etməlidir. Eyni zamanda Agentlik bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün risk profillərini hazırlamalıdır. Eyni zamanda qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması təmin olunmalıdır.
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq



Üç nazirlik və bir komitə bu statusunu itirdi
Azərbaycanda yeni institut yaradılacaq
Bu məhsulları almayın! - RƏSMİ XƏBƏRDARLIQ - SİYAHI
Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Qida məhsullarının qablaşdırılması ilə bağlı YENİ TƏLƏB
Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Quş qripi xəstəliyi ilə bağlı xəbər var
Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 