Bu gün səhər saatlarında “ARB Media Qrup”a daxil olan tematik musiqi kanalı “ARB Ulduz”un peyk vasitəsilə yayımının dayanması müşahidə olunub.
ONN media xəbər verir ki, məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli azxeber.com-un suallarını cavablandırıb.
– Bu gün səhər saatlarından etibarən “ARB Ulduz”un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?
– Xeyr, texniki problemlə bağlı deyil. “ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib.
– Buna səbəb nədir?
– Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. “ARB Media Qrup”a daxil olan kanallar da buna istisna deyil. “ARB Ulduz” telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan “ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi.
– Bəs “ARB Media Qrup”a daxil olan digər tematik kanal olan “ARB Günəş”in taleyi necə olacaq?
– Bəli, “ARB Günəş” Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri “ARB Günəş”ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, “ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür. Baku.ws



Lider TV telekanalının yayımı dayandırıldı
Astronomlar yeni qalaktika kəşf etdilər
Azərbaycanda bu televiziya kanalının yerüstü yayımı dayandırıldı
Azərbaycanda bu kanalın yayımı 3 saatlıq dayandırılacaq
Havada toz dumanı müşahidə olunur - Nazirlik AÇIQLADI
Yeni telekanal yaradlır - TƏKLİF
Bir neçə dəqiqə sonra ən maraqlı ana şahid olacağıq
Ekologiya Nazirliyi hava ilə bağlı AÇIQLAMA YAYDI
Bu TV kanalının yayımı dayandırılır
Azərbaycanda iki telekanalın yayımı dayandırılacaq - QƏRAR
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 