Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.
Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.
Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.
Qeyd edək ki, dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.



Ürəyi xəstə olanlar oxusun
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Bir insanın nə qədər yaşayacağını necə bilmək olar?
Ürək üçün ən faydalı VİTAMİN - İtalyan alimlər AÇIQLADI
Ayaq barmaqları şişənlərin NƏZƏRİNƏ
Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI
Kardioloqlar təhlükəli simptomları açıqladı
Qan-damar sistemində xəstəliyi olan uşaqların sayı açıqlanıb
Ermənistanda BİYABIRÇILIQ- Xəstəxanalarda çarpayılar yoxdur
Ürək xərçəngi kimlərdə və necə yaranır?
Siz bunu bilirdinizmi?
Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 