“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”
ONN media Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır: “Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib? Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır”.
Q.Həsənquliyevin fikrincə, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır: “Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.



Demet Akalın məşhur serialı — TƏNQİD ETDİ
Reklam yerləşdirməklə bağlı yeni qiymətlər müəyyənləşdi
Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Sosial reklamlar yeni qaydada yayımlanacaq
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu
Milli Məclisdə pensiya yaşı ilə bağlı VACİB TƏKLİF
Murad Dadaşov dəyişikliyə başladı: Onlar işdən getdi
"YouTube"dan GÖZLƏNİLMƏZ QADAĞA
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
"Araz" şəbəkəsi ilə bağlı yoxlamalar başladı
Jurnalistlər vəsiqə almaq üçün test versin - Deputatdan TƏKLİF
Baş nazir yeni QƏRAR İMZALDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 