ONN media Aidə Eyvazlının facebook səhvəsinə istinadla təqdim edir.
Çox təəssüf... Çox heyifsilənirəm. Mənim bu qeydimi heç də qərəzli bilməyin. Qarabağ, Vətən torpağında bir güllə yarası alan, qızıl qanı o torpaqlara tökülən hər bir vətən övladı mənim üçün dəyərli və əzizdir. Aprel döyüşlərindən sonra Ordumuzda başqa cür ruh yüksəkliyi var, Aprel döyüşləri bizə şərəf gətirdi. Biz başqa cür olduq. Qürurlandıq. Bu qüruru bizə o döyüşlərə gedənlər yaşatdılar. Amma nə heyiflər olsun ki, bəzən görürsən ki, söhbət aprel döyüşlərindən gedir, lakin həmin döyüşdə olmayanlar da özlərini aprel döyüşçüsü kimi yazdırır, tədbirlərdə ön plana keçirlər. Mən belə hesab edirəm ki, söhbət aprel döyüşlərindən gedəndə böyük kürsülərə o döyüşlərdə iştirak edən polkovnik qazi Elşən Qarayev, zabit qazi Əhliyyət Mehdiyev, zabit Azər Məmmədov, ... kimi qazilərimiz çıxmalıdırlar. Və sonra söz digər vaxt qəhrəmanlıq göstərənlərə verilməlidir.
Bu gün da dost olduğum xəbər saytlarımızda belə bir xəbər diqqətimi çəkdi ki, Kamil Musəvi aprel döyüşündə qazi olub. Belə deyil. Kamil Musəvi özü əvəllər deyirdi ki, 2013-cü ildə öz minamıza düşərək partlayışda qazi olub. Allah canını sağ eləsin. Mənim üçün bir maraqlı olan cəhət də odur ki, niyə qazimiz gözündəki o bint sarğını açmır. Axı bizim dövlətimizin qazilərimizə qayğısı çox böyükdür. Kənardan baxan millətlər, hərbçilər elə bilirlər ki, Azərbaycan dövlətinin onun gözünü əvəzləməyə imkanı yoxdur. Adətən belə gözün zədələnməsindən sonra, yerinə süni imolant göz qoyulur. 2013-cü ilin mina partlayışından düz 6 il keçib. Belə çıxır ki, Kamil Musəvinin gözünü formaya salmağa dövlətimizin və səhiyyəmizin gücü çatmır. Məsələn mina partlayışı nəticəsində 2015-ci ildə hər iki gözünü , bir qolunu itirən xüsusi təyinatlı qüvvələrin XTQ-nin giziri Nəzər Abdurəhmanov həm də bir qəhrəmandır. Sözün əsil mənasında qəhrəman!!! Yəni olduğumuz kimi görünək.
Aprel döyüşçüləri adından danışıb APREL QƏHRƏMANLARInın arasında qıcıq yaratmayaq. Aprel döyüşçülərimiz torpaq alıb qəhrəman adı qazanıblar. Gəlin əsil qəhrəmanlarımızı yaxından tanıyaq. Tədbirlərə döyüşlərdə şücaət göstərənləri çağırın ki, gənclik də kimin kim olduğunu bilsin.Minaya düşmək düşmənlə üz-üzə döyüşmək demək deyil. Bunu da bilin. Çox vaxt minaya düzgün mövqe seçmədiyinə görə də düşə bilirsən. Bir səhv bahasına həyatını itirirsən. Bu bir tale yazısıdır. Ancaq Vətənimiz, dövlətimiz onların da haqqını ödəyir. Qan haqqını.
Sayt rəhbərləri, jurnalist dostlarım, aprel döyüşləri və döyüşçüləri haqqında sualınız olanda mənə müraciət edin. Ən doğrusunu mən deyəcəm.



Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı PAYLAŞIM
Aprel döyüşlərindən sonra bu istəyimiz alınmadı – Saakyan
Bu tarixə kimi həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
Aprel döyüşlərinin qəhrəman şəhidinin anası vəfat etdi
Sarkisyan “Aprel döyüşləri” haqda bütün sirləri açacaq
Evində vəfat edən qazi 2 həftə öncə ata olubmuş
“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX
Feysbukda yeni kampaniya başladıldı
Aprel döyüşləri haqqında kitab nəşr edildi
APREL ZƏFƏRİ – 3 il: Aprel döyüşləri və Azərbaycan gəncinin vəzifələri
Vətən müharibəsi qazisi vəfat etdi
Opera və Balet Teatrının aprel repertuarı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 