Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər ” kitabı yenidən işıq üzü görüb. ONN media bildirir ki, bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir. Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur. “Qalibiyyət: şahidlər və şəhidlər ” ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir. Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcək.
Aprel döyüşləri haqqında kitab nəşr edildi



Aprel döyüşlərinin qəhrəman şəhidinin anası vəfat etdi
“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX
Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı PAYLAŞIM
Mehriban Əliyeva: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki..."
Mehriban Əliyeva evi əlindən alınan aprel şəhidinin ailəsinə mənzil bağışladı
Bu tarixə kimi həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
"İgid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" - Mehriban Əliyeva
Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu
İlham Əliyev Aprel qələbəsindən yazdı – Video
“Qırmızı Şaman” kitabı türk dilində
Feysbukda yeni kampaniya başladıldı
Füzulidən olan Aprel şəhidlərinin övladları himayəyə götürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 