ONN media xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 19-da növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri, yarımçıq tikili aiddir. Özəlləşdirmədə iştirak edən şəxslərdən 4-ü seçdiyi dövlət əmlakları üzrə sifarişi elektron formada verib.
Yeni biznes imkanları təklif edən kiçik dövlət müəssisələri paytaxtda və Gəncə şəhərində yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi ünvanındakı ticarət obyektinin ümumi faydalı sahəsi 90.5 kv.m-dir. Adıçəkilən dövlət əmlakına müxtəlif iqtisadi sahələr üzrə sərmayə qoyulması onu investor üçün gəlirli fəaliyyətə çevirə bilər. Gəncə üzrə özəlləşdirilən kiçik dövlət müəssisəsinin isə ümumi faydalı sahəsi 56 kv.m-dir. Nizami rayonu, Yeni Gəncə qəsəbəsindəki bu dövlət əmlakını investor 5 min 500 manata özəlləşdirib.
Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. 169.2 kv.m ümumi faydalı sahəsi olan obyekt Yasamal rayonu, Ə.Cəmil küçəsindədir. Hərrac iştirakçısının 15 min manata özəlləşdirdiyi dövlət obyekti isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Bu qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 77.7 kv.m-dir. Cəlilabad rayonu, Maşlıq kəndində yarımçıq tikili 12 min 556 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 26-sı keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 119 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 37-si isə nəqliyyat vasitəsidir.



87 dövlət əmlakı özəlləşdirilir - VAXT
İş adamlarının - NƏZƏRİNƏ
Hərracın nəticələri açıqlandı
192 dövlət əmlakı özəlləşdirilir - Mehmanxana, kinoteatr...
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI
Azərbaycanda bu dövlət əmlakları özəlləşdirildi
Şirvan və Şəkidəki dövlət əmlakları satıldı
Daha 5 dövlət əmlakı özəlləşdirildi
Yevlax və Hacıqabuldakı müəssisələr özəlləşdirildi
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Martın 6-da növbəti hərrac keçiriləcək
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 