Hər il ənənəvi olaraq fevral ayının sonuna doğru avtomobil satışında artım olsa da, bu il bazarda elə də canlanma yoxdur. Satıcılar alıcı azlığından, alıcılar isə qiymətdən narazılıq edirlər.
ONN media xəbər verir ki, maşın bazarında durğunluq yaşanır. Minlərlə maşın satışa çıxarılsa da, alıcı çox azdır.
Buna baxmayaraq, satıcılar yanvar ayından sonra qiymətləri qaldırıblar. Alman maşınlarının minimum qiyməti 10 min manatdan başlayır. İlindən asılı olaraq qiymətlər artır.
Son həftələr bazarda Fransa istehsalı olan maşınların da sayı durmadan artıb. İstehsal ili 2006-dan yuxarı olan avtomobillər həm də dizel mühərriklə çalışır. Xüsusən şəhər içində bu avtomobillərdən istifadə əlverişli hesab edilir.
Alıcılar isə öz növbəsində qiymətlərin bahalığından narazıdırlar. Qiymətlərin hətta süni şəkildə qaldırıldığını düşünənlər də var.
Satıcılar isə qiymətlərin enməyəcəyini deyirlər. Xezerxeber



Maşın bazarında qiymətlər...
Maşın bazarında QİYMƏTLƏR dəyişdi – VİDEO
Maşın bazarında durğunluğun səbəbi nədir?
Maşın bazarında ucuzlaşma - VİDEO
Avtomobil bazarında son durum - Qiymətlər...
Ev tikmək istəyənlərə şad xəbər
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Maşın bazarında ucuzlaşma olacaq — EKSPERT
Benzinin bahalaşmasından sonra MAŞIN BAZARINDA SON VƏZİYYƏT
Bazarda bu məhsullar bahalaşıb - QİYMƏTLƏR
Ev tikmək istəyənlərin NƏZƏRİNƏ
Maşın bazarında vəziyyət – Ekspert bədbindir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 