Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib. 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində "Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib.
Axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda yaradılmış birgə qərargahda toplanan məlumatlar təhlil edilərək mərkəzi qərargaha ötürülüb.
Mərkəzi qərargahda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında təlimin gedişi canlı videobağlantı vasitəsilə izlənilib.
Əlahiddə Ümumqoşun Ordunun, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, yerli hüquq-mühafizə və icra orqanlarının birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.



Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirildi - VİDEO
Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başladı
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir - VİDEO
Naxçıvandakı qoşunlarda yeni tədris ili
Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında təlim
Talıbov təsdiqlədi, yeni tədris ilinə başlanıldı
Azərbaycan Ordusunun Naxçıvanda komanda-qərargahında HƏYƏCAN - VİDEO
Naxçıvanda Ordumuzun təlimləri davam edir
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirildi /VİDEO
Xüsusi təyinatlılar Naxçıvanda təlimlərə başladılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 