Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu gündən ölkəmizdə minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ONN media-ya bildirilib ki, hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq.
Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.



Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq?
Azərbaycanda minimum pensiya 200 manata çatdırılır
Nazirdən maaş və pensiyalarla bağlı - Müjdə
Minimum pensiya artımı neçə nəfəri əhatə edəcək?
Pensiyalar daha çox artırıla bilər?
Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir
Pensiya alanların nəzərinə!
Pensiyaçılara bayram müjdəsi
Pensiyaçılara şad xəbər: Oktyabrın 1-dən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 