Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib.
ONN media bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib.
Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib.
Əskinasın saxta olduğunu növbə rəisi, Abşeron rayon sakini Alastan Nəbiyev müəyyənləşdirib. O, baş verən hadisə ilə bağlı polisə məlumat verib.
Hazırda Qaradağ RPŞ-nin 10 saylı polis bölməsinin əməkdaşları sözügedən avtomobilin sahibini müəyyənləşdirməyə və saxta əskinasların hazırlanmasının izinə düşməyə çalışırlar.
Polis İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyə qədər printerin köməyi ilə çap olunmuş saxta əskinasların yayılması ilə bağlı 10-dan artıq hal qeydə alınıb. Bütün bu hallar əsasən gecə vaxtı YDM-lərin ərazisində müəyyən edilib.
Polis YDM əməkdaşlarına və avtomobillərinə benzin vurduqdan sonra nağd ödəniş edən sürücülərə ödənilən və qalıq olaraq qaytarılan pullara diqqət yetirmələrini tövsiyə edib.
Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun



200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı - BAKIDA
Saxta pulla benzin almaq istədi, tutuldu
Bakıda saxta dollarlar aşkarlandı - RƏSMİ
Saxta nömrə ilə avtomobil sürürdü - Polis HƏBS ETDİ
Bakıda DYP əməkdaşına bıçaqla hücum edildi
Saxta əskinaslar dövriyyədən çıxarıldı
Bakıda polis faciəvi şəkildə öldü
Yanacaqdoldurma məntəqələri sürücüləri belə aldadır
Azərbaycanda saxta pullar belə hazırlandı
Azərbaycanda 1 manatlıq 1000 manata satılır - SƏBƏBİ İSƏ...
Bakıda yanacaqdoldurma məntəqəsində İNANILMAZ HADİSƏ - ŞOK VİDEO
SOCAR-ın "zapravka"sında böyük təhlükə
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 