Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” yaradılıb.
ONN media-nın DİM-ə istinadən məlumatına görə, martın 15-dən fəaliyyətə başlayacaq “Abituriyent məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
“Abituriyent məsləhət mərkəzləri” həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər. “Abituriyent məsləhət mərkəzləri”nin və DİM-in regional bölmələrinin ünvanları ilə qurumun rəsmi saytında tanış olmaq mümkündür.



Daha bir ödənişsiz “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
İxtisas seçimi nə vaxt başlayacaq?- Rəsmi
DİQQƏT: Bu gündən ixtisas seçimi başlayır
Kolleclərə ixtisas seçimi başlayıb
DİM-dən ixtisas seçimi ilə bağlı xəbərdarlıq: Diqqətli olun!
Kolleclərə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
İxtisas seçimi etməyən abituriyentlərin nəzərinə!
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı
Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edildi
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 