ONN media xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır.
Birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.
Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.
Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az internet saytında verilmişdir.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün AZAL aviaşirkətinin Çağrı Mərkəzinə [email protected] email ünvanı və ya saytdakı əlaqə forması https://www.azal.az/az/webform/contact-us vasitəsilə müraciət etmək mümkündür.



Azaldan daha bir YENİLİK
Bakıdan bu şəhərə uçuşlar bərpa edilir
AZAL-dan daha bir YENİLİK
AZAL İtaliyaya uçuşları bərpa edir
AZAL-dan daha bir ŞAD XƏBƏR
AZAL bu istiqamətdə uçuşlara başladı
"Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanının altı şəhərinə uçacaq
AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Barselonaya getmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 