ONN media xəbər verir ki, Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: "Stansiyanın yeri artıq məlumdur. Şərti adı "Y-14" adlandırılır. Yeni metro stansiyası "Dərnəgül" - "Xətai" xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, "Xətai"dən sonrakı stansiya olacaq".
B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan "Ağ Şəhər" yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.
Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Nizami", "Cəfər Cabbarlı" və Xətai" satansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.



Bakıda yeni metro stansiyası nəvaxt istifadəyə veriləcək?
Bakıda yeni metro stansiyası tikilir
Yeni metro stansiyası necə adlandırılacaq?
Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
10 ildir tikilən metro stansiyası nə vaxt təhvil veriləcək?
Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?
Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - ÜNVANLAR
3 mərtəbəli yeni metro stansiyası sərnişinlərin ixtiyarına veriləcək - RƏSMİ
"8 Noyabr" metro stansiyasından YENİ XƏBƏR - FOTO
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Bu stansiya istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 