“Azərsilah” Azərbaycan ordusuna tam şəkildə silah-sursatla təmin edir.
ONN media xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur:
“Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.
Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından asılıdır”.
“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”,- müdafiə naziri əlavə edib.



Zakir Həsənov Misirə getdi
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başladı - Foto
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Ordumuz Ermənistan ordusunu darmadağın etdi - General
Generaldan düşməni qorxuya salacaq AÇIQLAMA
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdə olublar
Zakir Həsənov Ermənistanla sərhəddə gedib
Zakir Həsənov Beynəlxalq Müdafiə Sərgisində
Xüsusi Təyinatlı Qüvvələrlə bağlı NAZİRDƏN AÇIQLAMA
Əsgər valideynlərinin DİQQƏTİNƏ
Zakir Həsənov əmr verdi: DƏRHAL CAVAB VERİLSİN
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 