Bu gün Bakıya səyahət edənlər üçün hazırlanan rəsmi şəhər kartı - “BakıKart”ın (“BakuCard”) təqdimat mərasimi keçirilib.
ONN media xəbər verir ki, kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı verir.
Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.
Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.
Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir.
Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklər, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.



Bakı və Bakıətrafında vahid nəqliyyat kartı istifadəyə veriləcək
"Bakı Kart" ilə bağlı YENİLİK
Daha bir avtobus kart sisteminə keçdi
Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edildi
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
"Bank Silk Way" in böyük uğuru
“Bakı Kart”ın balansını artırmaq daha da asanlaşır
Tələbələrin NƏZƏRİNƏ- Bundan sonra...
Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
"BakıKart" balansını onlayn artırmaq üsulu - Video
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 