ONN media xəbər verir ki, 2019-cu ilin I rübü ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb. Bunlardan 22-i təbii qaz, 24-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 6 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Nazirlik tərəfindən Ağsu, Ağdaş, Cəlilabad, Lənkəran, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 8 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.
Rüb ərzində Quba, Mingəçevir, İmişli, Şabran, Qazax, Şəki və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 11 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 9 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Bundan əlavə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib və bütün qərarların “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.



1337 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu
1150 nəfərin Azərbaycana girişinə qadağa!
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
Pensiya alanların NƏZƏRİNƏ
Baş nazirdən icbari sığorta ilə bağlı VACİB QƏRAR
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Sərt karantin rejiminə əməl etməyənlərin aqibəti NECƏ OLACAQ? – RƏSMİ
Nazirlik bu dərman firmasını məhkəməyə verdi
Azərbaycanda 700-ə yaxın vəzifəli şəxs CƏRİMƏLƏNDİ
Küçəyə icazəsiz çıxanlar həbs olundu
Pensiyaçıların NƏZƏRİNƏ: Qanunvericiliyə dəyişiklik edilir
Səhiyyə Nazirliyi dərman firmasını məhkəməyə verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 