Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Qax və Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub. AQTA-dan ONN media -ya verilən məlumata görə, Qax rayonu Güllük kənd sakini Davudov Fərrux Qurban oğluna məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kq olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub. Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilmiş və istifadəyə yararsız olduğu təsdiq olunmuşdur. “Zaqatala rayonu Bazar 2” ASC-də keçirilən monitorinq zamanı qəssab Qurbanov Elvin Eyvaz oğlunun 84 kq çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb. Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub. Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub. Hər iki fakt üzrə araşdırma aparılır. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.
188 kq yararsız ət AŞKAR EDİLDİ



Ağcabədidə istehlaka yararsız ət aşkarlandı
Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı
Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Yararsız qida məhsulları məhv edildi
Mingəçevirdə satışa çıxarılan yararsız ət aşkarlanıb
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
İrandan gətirilən bu məhsul yararsız çıxdı
Gül mağazasında istifadəyə yararsız ət aşkarlandı
Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda
Bakıda sexdən ürək bulandıran GÖRÜNTÜLƏR - ŞOK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 