ONN media milli.az -a istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - Laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir. Günün ikinci yarısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq. Axşam saatlarında normal istirahət edin. Buğa - Gözləntilərinizdə yanıla bilərsiniz. Mövqelərinizə diqqət yetirin. İrəliləyişlər səylər və cəhdlərsiz mümkün deyil. Maliyyə problemləri, nəzərdə tutulmamış xərclər olacaq. Birgə fəaliyyət üçün tələb olunan işləri görün. Günün ikinci yarısında tərəfdaşlıq və əməkdaşlıq məsələləri ön plana çıxacaq. Gəlir vəd edən layihəni reallaşdırın. Önəmli durumla bağlı situasiyada dəyişikliklər olacaq. Sınaqlardan, eksperimentlərdən qorxmayın. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Xərcləri minimuma endirin. Əkizlər - Uğurlu gündür. Yaxın ətrafınıza sərt təzyiq etməsəniz, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Yaşam proseslərinin mahiyyətini anlasanız, sədlərlə maneələri asanlıqla dəf edəcəksiniz. Yaxşı tanıdığınızı düşündüyünüz insanın indiyədək mübhəm qalmış yönlərini aşkarlaya bilərsiniz. Günün ikinci yarısında təcrübənizi artırın. Gərəkli informasiyanı əldə etməyə imkan verəcək qərarları təxirə salmayın. Məsləhətlər alın, məlumatları saf-çürük edin. Romantik münasibətlər əlavə impulslar alacaq. Axşam saatlarına yaxın etiraflar, açıq söhbət, perspektiv planların müzakirəsi üçün əlverişli imkanlar yaranacaq. Cari hadisələrin zahiri sadəliyi sizi aldatmasın. Ciddi yeniliklər olacaq. Xərçəng - Problemlərin çözülməsində qeyri-standart metodlar daha effektivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz. Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün. Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin. Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz. Şir - Günün ilk yarısında aktiv olun. Yersiz və səbəbsiz etiraflar gözlənilməz nəticələr verə bilər. Parlaq, maraqlı olaylar əslində fərqli məzmunda olacaq. Situasiyanı diqqətlə izləyin. Emosional əlaqələrinizin olduğu insanlarla bağlı gözləntiləriniz doğrulmaya bilər. Günün ikinci yarısında zərurət olmadan təşəbbüskarlıq etməyin. Yeni işlərə başlamayın, vurnuxmalara qapılmayın. Tələskənliyə yol verməyin. Daxilinizdə üsyan istəyi var. Qısa müddətdə effektiv nəticə verə biləcək işlə məşğul olmayın. Yaxın gələcəklə bağlı planlarınızı dürüst planlaşdırın. Qız - Mövqelərinizi qoruyun. Fəaliyyətinizi ətrafınızdakı insanlardan bir qədər təcrid edin. Emosional baxımdan mürəkkəb gündür. Romantika olmayacaq. Hədiyyə gözləməyin. Tənhalığa qapılmayın, müstəqil olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi riskli işlərə cəlb etməyə çalışacaqlar. Başqalarının planlarında fiqura çevrilməyin. Bildiyiniz sirlər barədə danışmayın. Səhhətinizə fikir verin. Profilaktiki tədbirləri unutmayın. Sizə qayğı ilə yanaşacaq insanlar var. Alış-verişə yollanmaq olar.
Tərəzi - Maraqlarınızın təminatı üçün sayıq və huşyar olun. Yaşamınızı özünüzü dəyişə bilərsiniz. Təəssüratlarla emosiyalar yenilənəcək. Eksperimentlər apararaq biliklərlə bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Çox işlərin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında ehtiyatlı olun. Çılğın insan təsir bağışlamayın. Başladığınız işləri səliqəli görün. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Yalnız ifrat zərurət yaranarsa risk edin. Alış-verişdə bədxərclik etməyin. Əqrəb - Günün ilk yarısında yaxın ətrafınızdakı insanların hədsiz gözləntiləri ilə qarşılaşacaqsınız. İradlar və tənqidlər üçün münasib zaman deyil. İstirahət, əyləncə istəklərini təxirə salın. İşgüzar ünsiyyətə üstünlük verin. Başqasının rahatlığı üçün prinsiplərinizdən imtina etməyin. Müəyyən çərçivələr daxilində aktivlik pis deyil. Günün ikinci yarısında ciddi işlərlə məşğul olun. Maliyyə məsələlərinə xüsusi fikir verin. Rəqabətə davamlılığınızı yoxlayan insan var. Kiçik itkilər istisna deyil. Amma məqsədə doğru qətiyyətlə irəliləyin. Oxatan - Dəyər verdiyiniz insanların istəklərini və niyyətlərini anlamağa çalışın. Kömək gözləyən insanlara yardım edin. Laqeyd olsanız, bunu sizə deməyəcəklər, amma unutmayacaqlar. Günün ikinci yarısında həmkarlar və dostlarla birgə fəaliyyətdə xeyir var. Qərarlar qəbul edərkən yalnız öz qüvvənizə güvənin. Yalan, şayiə, intriqa istisna deyil. Axşam saatlarına yaxın əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Alış-veriş üçün əlverişli zaman deyil. İmpulsiv addımlar atmayın. Oğlaq - Müşahidə və təhlil üçün yetərincə xəbər alacaqsınız. Bəzi insanları yaxşı tanımadığınızı anlayacaqsınız. Darıxmaq üçün vaxt olmayacaq. Yaxın ətrafınızdakı insanların nə işlə məşğul olduqlarını bilin. Yardım gözləyən insan var. Günün ikinci yarısında hərəkətlərinizdə sadəlövhlük və səbirsizlik olmamalıdır. Etiraflardan çəkinin. Emosional əlaqələri inkişaf etdirin. İllüziyaların dağılması istisna deyil. Köhnə plandan əl çəkin, yeni seçim edin. Yaradıcılıqla məşğul olmaq üçün axşam saatları əlverişlidir. Dolça - Başladığınız işləri yarımçıq qoymayın. Günün ilk yarısında rutin tapşırıqların öhdəsindən gəlin. Mübahisələrə, yarışlara qatılmayın. Yaxın ətrafınızdakı insanların müqaviməti ilə qarşılaşa bilərsiniz. Dartışmalarda iştirak etməyin. Deyilənlərə rəğmən, hər kəs öz mövqeyində qalacaq. Günün ikinci yarısında əhvalınız korlana bilər. Məlumat arayın, eksperimentlər aparın, özünüzü sınayın. Şəxsi münasibətlər üçün sakit zaman deyil. İradların və tənələrin sayını artırmayın. Dəyər verdiyiniz insanı incitməyin. Maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin. Balıqlar - Günün ilk yarısında işlərə müsbət emosiyalarla başlayın. Qüvvəniz artacaq, yaşam enerjinizin səviyyəsi yüksələcək. Əhvalınız nikbin olsun. Ciddi işləri uğurla həll etmək mümkündür. Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək məsləhətdir. Axşam saatlarına yaxın dostlarla görüş yaxşı nəticə verəcək. Səhhətinizin qeydinə qalın. Zərərli vərdişlərdən birindən imtina etmək, pəhriz saxlamağa başlamaq üçün münasib zamandır.Günün qoroskopu: Məlumat arayın, eksperimentlər aparın, özünüzü sınayın



Günün qoroskopu: maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin
Günün qoroskopu: Axşam saatlarında normal istirahət etməyə çalışın
Günün qoroskopu: İşgüzar aktivliyinizi doğru məcraya yönəldin
Günün qoroskopu: yaxınlarınızla təmaslarda emosiyalı davranmayın
Günün qoroskopu: Düşünülməmiş addımlar atmayın
Günün qoroskopu: mənfiliyə köklənməyin
Günün qoroskopu: Problemlərlə qarşılaşmış şəxsə yardım edin
Günün qoroskopu: Apatiyaya qapılmayın
Günün qoroskopu: Situasiyanı nəzərə alın
Günün qoroskopu: Ailə üzvləri ilə təmaslarda səmimi olun
Günün qoroskopu: kiçik anlaşılmazlıqlar istisna deyil
Günün qoroskopu: Məntiqi unutmayın
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 