Azərbaycandan idxal olunan məhsulların böyük hissəsi Rusiyanın payına düşüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,5%-i Rusiya, 14,7%-i Türkiyə, 9,8%-i Çin, 8,7%-i ABŞ, 5,2%-i Ukrayna, 4,9%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,2%-i Braziliya, 1,9%-i Yaponiya, hər biri 1,7% olmaqla Norveç və Fransa, 22,7%-i isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.
Ötən ilin yanvar-noyabr aylarında 1 mln. 386 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.
Ticarət əməliyyatlarında 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 mln. 809 min. ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 mln. 018 min dollar, idxalın dəyəri 7 mln.790 min dollar təşkil edib. Nəticədə 6 mln. 228 min dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6% artıb, real ifadədə isə 10,9%, o cümlədən ixrac 6,5%, idxal 17,6% azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4%-ini İtaliyaya, 10,5%-ini Türkiyəyə, 4,5%-ini İsrailə, 4,2%-ini Rusiyaya, 3,9%-ini Kanadaya, 3,8%-ini Çexiyaya, 3,6%-ini Almaniyaya, 3,5%-ini Çinə, 3,4%-ini Gürcüstana, 3,2%-ini İndoneziyaya, 3,0%-ini Portuqaliyaya, 2,9%-ini Hindistana, 2,7%-ini Fransaya, 2,4%-ini Ukraynaya, qalan 17,0%-ini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.
ONN media



Azərbaycanın ixrac məhsullarının dəyəri 14 milyard dolları ötüb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Ölkəyə benzil idxalı artıb
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
Azərbaycanın Türkiyəyə ixracı azaldı
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
Azərbaycan bu ölkədən 13,48 milyon dollarlıq şokolad aldı
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Bu ölkədən Azərbaycana balıq ixracı böyük həcmdə artıb
Azərbaycan ət idxalını artırıb
Azərbaycana gətirilən buğdanın dəyəri artıb - MƏBLƏĞ
Xaricdən 5 manata gətirilən kolbasalar niyə marketlərdə 20 manatdan baha satılır?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 