Dünyaca məşhur universitetlərdə təhsil almaq hüququ qazanan 17 yaşlı tələbəmiz Yasin Qarayev kimi uşaqlarımız az deyil. Hələ ötən il 19 yaşlı Cavid Əlizadə Böyük Britaniyada İmperial Kollecinə, London Universitet Kollecinə qəbul olub, ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alıb. ONN media xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb. O bildirib ki, Cavid orta təhsilini Böyük Britaniyanın Kardif Sikst Form kollecində alıb: “Cavid Əlizadənin 19 yaşı var. 2018-ci ilin dekabrında keçirilən SAT imtahanından 1550 bal (maksimum 1600-dür) toplayıb. Bundan sonra Böyük Britaniyanın İmperial Kolleci (dünya sıralaması - 8), London Universitet Kolleci (dünya sıralaması -10), Ekzer Universiteti (dünya sıralaması - 154), Avstraliyanın Monaş Universiteti (dünya sıralaması - 59), Türkiyənin Koç Universiteti, ABŞ-ın Alabama Universiteti (30 min dollar təqaüd), Lafayette Kollecinə (tam təqaüd - 74 min dollar) qəbul alıb. ABŞ-ın dünyaca məşhur Yel Universiteti (dünya sıralaması - 15), Kolumbiya Universiteti (dünya sıralaması - 16) və Emerst Kolleci onu ehtiyat siyahısına salıb”. İqtisadçı bildirib ki, belə savadlı, istedadlı gəncləri tanıtmaq lazımdır: “Belə təqdimatlar yaxşı örnəklər yaradır, gəncliyə stimul verir, onları ruhlandırır, daha yaxşı nəticələrə sövq edir. Eyni zamanda cəmiyyət də görür ki, Azərbaycanın gələcəyi olan işıqlı gənclik yetişir və bu da hər birimizdə gələcəyə inam və ümidi artırır. Odur ki, gəlin belə gəncləri tanıyaq və bu məlumatı paylaşmaqla onları tanıdaq”.(axar)
Xaricdə təhsil alan 19 yaşlı azərbaycanlıya FANTASTİK TƏKLİFLƏR



56 min dollar təqaüd qazanan azərbaycanlı tələbə üçün – Müraciət
Dünyanın ən yaxşı 5 universiteti - SİYAHI
Abiturientlərin nəzərinə.Ən güclü universitetlər açıqlandı
17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Foto
56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Bu kolleclər yenidən təşkil edilir - QƏRAR
Əli Əsədovdan təhsil sahəsi ilə bağlı QƏRAR
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Qarabağ universitetində əcnəbi tələbələr təhsil alacaq?
İlham Əliyev daha bir sərəncam imzaladı
Azərbaycanlı tələbələrdən böyük uğur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 