Sumqayıt bulvarının ərazisi genişləndirilir. ONN media xəbər verir ki, bulvarın ərazisi şimala doğru 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir. Ərazidə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikilməsi, çimərlik zonasının salınması, 292 ədəd istirahət otağının inşası edilməsi planlaşdırılır. Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək. Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında istifadəyə veriləcək. Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb. Qeyd edək ki, Sumqayıt Bulvarı 2017-ci ildə İspaniyada "Global Trade Leaders” klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa” və “Beynəlxalq üstünlük və liderlk” mükafatlarına layiq görülüb.
Sumqayıt bulvarının ərazisi genişləndirilir



Ölkə başçısı Sumqayıt Bulvarında
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi
Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir?
Qubada yeni futbol stadionu tikiləcək
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Ağdam Sənaye Parkı minalardan tam təmizlənib
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Bakıda daha bir YENİLİK- Qərar imzalandı
Yeni il bayramının PROQRAMI açıqlandı
AZAL Füzuli Aeroportunun istifadəyə veriləcəyi tarixi AÇIQLADI
Bakı-Sumqayıt yolu nə vaxt açılacaq?
Ermənilər ŞOKDA: Elektrik stansiyası və 30 hektar ərazi...
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 