Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd ediləcək. ONN media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 16-da bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncamda deyilir ki, 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzininyaradılmasının 40 illiyi tamam olur. Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur. Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur. Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.
Duzdağın 40 illiyi qeyd ediləcək



Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Vasif Talıbov nazirə fəxri ad verdi
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Yeni qurum yaradıldı - SƏRƏNCAM
Vasif Talıbov onları təltif etdi
Yavər Hacıyev direktor təyin olundu - SƏRƏNCAM
Vasif Talıbov sərəncam imzaladı
Vasif Talıbov bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Azərbaycanda yeni departament yaradıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 