"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) hərbi vətənpərvərliklə bağlı daha bir layihəyə start verir.
ONN media xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Televizyasında yaxın günlərdə “Vətənpərvər” adlı tok-şou start götürəcək. Həftədə bir dəfə yayımlanacaq tok-şou qeyri-adi üslubda efirə çıxacaq.
Tok-şounun məkanı hərbi üslubda qurulmuş çadırdan ibarət olacaq, iştirakçılar və qonaqlar isə hərbi geyimdə olacaqlar. Mövzular müxtəlifliyi ilə seçiləcək.
Qurumdan həmçinin deyilib ki, hərbi vətənpərvərlik mövzusu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də son aylar prioritet sahələrdəndir, bu məsələyə həssas yanaşılır. Bu səbəbdən yeni yaradılan “GəncSən”, “Nəsillərin debatı” kimi tok-şoular artıq efirə çıxır.
Bundan başa, Azərbaycan Radiosunda “Əsgər istəyi”, “Hərb tariximizdən”, “Vətən yaşasın” verilişləri rəngarəng mövzularla efirdədir. Hətta son vaxtlar aparılan islahatlar nəticəsində bu verilişlərdən “Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfəyə çatdırılıb.
Sonda bildirilib ki, Azərbaycan Televizya və Radiosu bundan sonra da gənclik, hərbi vətənpərvərlik mövzusunu daim prioritet sahə kimi diqqətdə saxlayacaq.



Baş nazirdən AzTV ilə bağlı qərar
Tanınmış jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi
AzTV-də yoxlamalar aparılır: "İki həftədir..."
Tanınmış jurnalistə AzTV-də vəzifə verildi
AzTV-də daha bir yenilik
AzTV-də yeni TƏYİNAT
AzTV yeni yayım formatına keçəcək
SON DƏQİQƏ: AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü
AzTV-də daha bir yeni TƏYİNAT
AzTV-nin sədri işdən çıxarıldı
Prezident AzTV-yə 3 milyon manat ayırıb
AzTV-nin mətbuat xidmətinin rəhbəri İŞDƏN AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 