ONN İnformasiya Agentliyi

Dollar bahalaşdı

Dollar bahalaşdı
22-05-2019, 20:18

Gürcüstanda may ayının əvvəlindən etibarən ABŞ dollarının bahalaşması tendensiyası müşahidə olunur. ONN media xəbər verir ki, Gürcüstan Milli Bankının mayın 23-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7756 lari təşkil edir. Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları Gürcüstanın milli valyutasına qarşı 0,0080 lari bahalaşıb. May ayının 1-dən bu günə qədər lari dollara qarşı 0,0727 lari ucuzlaşıb. Larinin dəyərdən düşməsini şərh edən Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bunu bazar oyunçularının gözləntiləri ilə əlaqələndirib. O qeyd edib ki, larinin dollara münasibətdə ucuzlaşmasının makroiqtisadi səbəbləri mövcud deyil.(report)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png