ONN İnformasiya Agentliyi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
16 Avqust 2019 - 23:47

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 61,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

ONN media bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 57,62 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png