ONN İnformasiya Agentliyi

Bitkoin son 16 ayın ən aşağı səviyyəsinə endi

Bitkoin son 16 ayın ən aşağı səviyyəsinə endi
12 May 2022 - 10:57

Bitkoin cümə axşamı günü son 16 ayın ən aşağı səviyyəsinə enib.

Dünyanın ən böyük kriptovalyutası 26,970 min dollara kimi ucuzlaşaraq 2020-ci il dekabrın 28-dən bəri ən aşağı həddə çatıb. Son səkkiz seansda bitkoin dəyərinin üçdə birini, yəni 13 min dollar itirib.

Treyderlər deyirlərin fikrincə, bu həftə Nasdaq 6,4% dəyər itirib və bu da kriptovalyutalara təsir edib.

Digər bir amil kimi isə bir vaxtlar dünyanın üçüncü ən böyük stabilkoini olan “TerraUSD”-nin çöküşü olub.

Dünyanın ikinci ən böyük kriptovalyutası olan “Ether” isə cümə axşamı günü 10%-dən çox dəyər itirərək 1,833 dollara qədər gerilədi ki, bu da 2021-ci ilin iyulundan bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, bitkoin 2021-ci ildə yüksələrək tarixi maksimumuna ən yüksək həddi olan 69 min dollara çatmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png