ONN İnformasiya Agentliyi

Buna görə 16milyard dollar pul ayrıldı

Buna görə 16milyard dollar pul ayrıldı
25 Mart 2023 - 16:28

Yaponiya hökuməti qiymət artımı ilə mübarizə tədbirləri üçün 16,83 milyard dollar ayıra bilər.

ONN media xəbər verir ki, bunu Sayama prefekturasında çıxışı zamanı hökumət koalisiyasına daxil olan Komeito Partiyasının lideri Natsuo Yamaquçi deyib.

Gözlənildiyi kimi, cari maliyyə ili üçün ehtiyat fondundan vəsaitin ayrılması ilə bağlı qərar Nazirlər Kabinetinin martın 28-də keçiriləcək iclasında qəbul ediləcək.

Pulun aztəminatlı ailələrin dəstəklənməsinə, xüsusən də belə ailələrdəki hər uşağa görə 50 min yen (382,4 dollar) ödəməyə yönəldiləcəyi qeyd edilir.

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin son məlumatlarına görə, tez xarab olan ərzaq məhsulları istisna olmaqla, Yaponiyanın əsas istehlak qiymətləri bir ay əvvəl 4,2% artıb. Fevral ayındakı göstərici isə 3,1% olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png